[b]Milli üzvü cəzalı durumda[/b]
09.04.2018 - 10:22
[b]Milli üzvü cəzalı durumda[/b]

Sabah futzal üzrə Yüksək Liqada XXIII turun oyunları keçiriləcək. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, bir oyunçu turu buraxacaq.

 

Söhbət “Araz”ın futzalçısı Xətai Bağırovdan gedir. Milli üzvü sarı vərəqə limitini doldurduğu üçün “Yasamal”la qarşılaşmanı tribunadan izləməli olacaq.

 

Passivində 3 sarı vərəqəsi olan 16 oyunçu isə daha bir rəsmi xəbərdarlıqla cəzalı duruma düşə bilər.