[b]Milli üzvü oynamadı, komandası darmadağınla qalib gəldi[/b]
14.08.2016 - 01:38
[b]Milli üzvü oynamadı, komandası darmadağınla qalib gəldi[/b]

Almaniya üçüncü Bundesliqasında 4-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma meydanda "Maynts II" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan böyük hesablı qələbə ilə ayrılıb - 4:0.

 

Erat bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, 4 turdan sonra "Duysburq" 20 klub arasında 8 xalla 3-cü yerdə qərarlaşıb.