[b]Milli üzvü oynamadı, komandası uduzdu[/b]
29.07.2017 - 22:59
Slovakiya Fortuna Liqasında ikinci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti matçına çıxıb.
Komanda öz meydanında “Presov”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, iki oyundan sonra aktivindəxal olmayan ötən mövsümün çempionu autsayderlər sırasında qərarlaşıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0