[b]Milli üzvü Premyer Liqada fərqləndi, komandası qalib gəldi[/b]
01.04.2017 - 21:43
Ukrayna Premyer Liqasında XXIII tur davam edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” də növbəti oyununa çıxıb.
Dneprpetrovsklilər doğma meydanda “Jirka” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Nağıyev 33-cü dəqiqədə oyundakı yeganə qola imza atıb.
Bu qələbə ilə xalını 13-ə yüksəldən “Dnepr” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, federasiyanın qərarına əsasən, komandanın 12 xalı silinib.
0
0