[b]Milli üzvü qələbəni ehtiyat oyunçular skamyasından izlədi[/b]
23.01.2017 - 01:33
İspaniya Sequndasında XXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” də növbəti matçına çıxıb.
“Ağ-yaşıllar” doğma azarkeşlər önündə “Almeriya”nı qəbul edib. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Eddi matçı başdan sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 22 oyundan sonra aktivində 36 xal olan “Kadis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0