[b]Milli üzvü üçün 90 dəqiqə[/b]
07.05.2018 - 01:57
[b]Milli üzvü üçün 90 dəqiqə[/b]

Futbol üzrə Ukrayna Premyer Liqasında XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma meydanda “Zirka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, “Aleksandriya” geridə qalan turlarda topladığı 39 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.