“Şalke”nin hücumçusu Klas-Yan Huntelar gələn mövsümü hansı klubda keçirəcəyini müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Hollandiya millisinin üzvü vətəninə dönməyə hazırlaşır.
Belə ki, 34 yaşlı forvard yayda sabiq klubu “Ayaks”a qayıdacağını bildirib: “Şalke”də işlərim yolunda getmədiyi üçün məyusam. Mən ehtiyatda oturduqda xoşbəxt olmağı bacarmıram. Bu səbəbdən də mövsümün sonunda buranı tərk edəcəm. Yenidən “Ayaks” forması geyinmək isə mənim üçün qürurverici olacaq”.
Qeyd edək ki, bu mövsüm Bundesliqada cəmi 12 görüşdə iştirak edən və 1 qola imza atan Klas-Yan Huntelar 2006-2008-ci illərdə “Ayaks”ın formasını geyinib.