[b]Milli üzvünün yeni komandasında debütü[/b]
30.07.2017 - 22:24
Ukrayna Premyer Liqasında 3-cü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Pavel Paşayevin komandası “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən klub öz meydanında “Zarya” ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Paşayev bu oyunda yeni komandasında debüt edib. O, matça start heyətində başlayıb və 65 dəqiqə meydanda olub.
Qeyd edək ki, 3 oyundan sonra aktivində 2 xal olan “Aleksandriya” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0