[b]Milli üzvünün debütü keçmiş klubuna qarşı olacaq[/b]
15.01.2018 - 21:16
[b]Milli üzvünün debütü keçmiş klubuna qarşı olacaq[/b]

Milli komandamızın üzvü Dəniz Yılmazın yeni klubu rəsmən bəlli olub. Apasport.az saytının məlumatına görə, hücumçunun gedişini “Bursaspor” rəsmən açıqlayıb.

 

Klubdan verilən açıqlamada onunla müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.

 

Bu məlumatdan az sonra isə “Gənclərbirliyi” Dənizi heyətinə qatdığını bəyan edib. Onunla 1.5 illik müqavilə imzalanıb. Yılmaz artıq yeni komandası ilə məşqə də çıxıb. Onun məhz keçmiş komandası “Bursaspor”la kubok oyununda debüt etməsi gözlənilir.

 

Qeyd edək ki, Dəniz millimizdə iki oyun keçirib.

0