[b]Nazarovun ilk qələbə sevinci[/b]
13.08.2016 - 01:07
[b]Nazarovun ilk qələbə sevinci[/b]

Almaniya II Bundesliqasında ikinci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb.

 

“Sandhauzen”lə qarşılaşan milli üzvünün komandası 2:0 hesablı qələbə qazanıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan oyunçu 68-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, iki turdan sonra ilk qələbəsini qazanan “Aue” 3 xalla 6-cı sırada qərarlaşıb.