[b]Almaniya millimizi darmadağın etdi - YENİLƏNİB[/b]
09.11.2017 - 19:50
[b]Almaniya millimizi darmadağın etdi - YENİLƏNİB[/b]

Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi bu ay keçirəcəyi ilk qarşılaşmaya çıxıb.

 

V qrupda mübarizə aparan yığmamız ikinci ev oyununda qüvvəsini sınayıb. Samir Ələkbərovun baş məşqçisi olduğu komandamız Almaniya ilə görüşüb.

 

Bu yaş qrupunda son Avropa çempionu olan Bundestim Bakıya titulun sahibi kimi gəlib. 

 

Keçirdiyi bütün görüşlərdə uduzan və sonuncu pillədə qərarlaşan yığmamız bu dəfə də xoşagəlməz ənənəsinə sadiq qalıb. Oktyabrın 6-da Kotbusda keçirilən matçda 1:6 hesabı ilə uduzan Ələkbərovun yetirmələri “Dalğa Arena”da daha ağır nəticə ilə üzləşib.

 

Komandamız qapısında 7 cavabsız qol görüb.

 

Keçirdiyi ilk üç matçda qol sevinci yaşayan yığmamız bu dəfə bunu bacarmayıb.

 

Qeyd edək ki, qrupun sabah keçiriləcək digər matçında Kosovo İsraili qəbul edəcək.

 

21 yaşadək futbolçular arasında Avropa çempionatı

Seçmə mərhələ, V qrup

9 noyabr

 

Azərbaycan – Almaniya - 0:7

Qollar: Hartel, 2, 46, 58; Amiri, 14, Seydel, 28, Klosterman, 60, Öztunalı, 84

Azərbaycan: 12. Mustafa Kemal Özhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Əliyev, 8. Budaq Nəsirov, 9. Renat Dadaşov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 21. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 11. Fərid Nəbiyev, 13. Murad Qayalı, 17. Əlibəy Məmmədli, 18. İlkin Muradov, 20. Eltun Turabov,

Baş məşqçi: Samir Ələkbərov

 

Almaniya: 1. Aleksandr Nübel, 2. Lukas Klosterman, 5. Timo Baumqartl, 6. Anton Valdemar, 7. Levin Öztunalı, 8. Mahmud Dahud, 10. Nadiem Amiri, 15. Filip Oşs, 16. Aaron Seydel, 18. Markel Hartel, 20. Tilo Kerer (k)

Ehtiyat oyunçular: 12. Nils Körber, 3. Yannes-Kilian Horn, 4. Cordan Torunarifa, 9. Yanni Serra, 11. Sedrik Teşort, 14. Paskal Ştenzl, 19. Florian Nehaus

Baş məşqçi: Stefan Kuntz

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)

Bakı. “Dalğa Arena” stadionu

 

1

İrlandiya

4

3

1

0

8-1

10

2

Almaniya

4

3

0

1

15-4

9

3

Kosovo

4

2

0

2

6-4

6

4

Norveç

5

1

2

2

5-7

5

5

İsrail

3

1

1

1

3-5

4

6

Azərbaycan

4

0

0

4

3-19

0

 

0