İyunun 2-də dərc olunacaq növbəti FİFA reytinqi ilə bağlı proqnozlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandaların cədvəli ilə bağlı təxminlərini daim bölüşən avropalı həmkarlarımız bu dəfə də ənənəsinə sadiq qalıblar.
Son siyahı dünən açıqlansa da, ekspertlər artıq gələn ay üçün proqnoz verməkdən çəkinmirlər. Mayın 20-dən start götürəcək yığmaların beynəlxalq oyunları çərçivəsində 45 qarşılaşma baş tutacaq.
Bu görüşlər üçün ən gözlənilən nəticəni açıqlayan ekspertlər reytinq siyahısını da təxminlərə əsasən tərtib edib. Növbəti reytinq siyahısının dərc olunmasına qədər 2 yoxlama matçı keçirəcək Azərbaycan millisi üçün də ehtimal nəticə bəlli olub.
Yığmamızın mayın 26-da Andorranı məğlub edəcəyi proqnozlaşdırılır. Üç gün sonrakı matçda isə millimiz Makedoniya ilə heç-heçə edəcək.
Əgər ekspertlərin bu tip bütün təxminləri gerçəkləşsə, Robert Prosineçkinin yetirmələri 1 pillə irəliləyəcək. Xal hesabı 269-dan 268-ə düşəcək komandamız 132-ci yerə yüksələcək. Millimiz gözlənilən nəticələrlə 3 komandanı – Türkmənistan, Gürcüstan və Tanzaniyanı arxada qoyacaq. Əvəzində Mavritaniya ilə Madaqaskarı önə buraxacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı