[b]Millimiz autsayder rolunda[/b]
12.04.2018 - 09:30
[b]Millimiz autsayder rolunda[/b]

Bosniya və Herseqovinada keçirilən 17 yaşadək futbolçular arasında UEFA İnkişaf turnirində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da mübarizə apardığı turnirin ilk günündə 2 qarşılaşma baş tutub.

 

Ramin Quliyevin yetirmələrinin Makedoniyaya 0:2 hesabı ilə uduzduğu turun digər matçında meydan sahibləri ilə Xorvatiya ilə görüşüb. 1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyası həll edib. Qonaqlar “lotereya”da qalib gəlib – 6:5. Bu nəticə ilk turdan sonra Azərbaycan yığmasını qrup sonuncusuna çevirib.

 

Qeyd edək ki, aprelin 13-də baş tutacaq 2-ci turda Azərbaycan Xorvatiya ilə, Makedoniya Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

1

Makedoniya

1

1

0

0

2-0

3

2

Xorvatiya

1

0

1

0

1-1

2

3

Bosniya və Herseqovina

1

0

1

0

1-1

1

4

Azərbaycan

1

0

0

1

0-2

0