[b]Millimiz Belarusdan revanş aldı[/b]
12.03.2016 - 20:55
Bu gün Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası növbəti yoldaşlıq oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, millilərimiz belaruslu həmyaşıdları ilə növbəti dəfə qarşılaşıblar.
Bakı Olimpiya Stadionunda keçirilən matçdan millimiz 1:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu iki komanda arasında martın 10-u baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatıb.
12 mart
Yoldaşlıq oyunu
Azərbaycan - Belarus - 1:0
0
0