[b]Millimiz Bolqarıstanı darmadağın etdi[/b]
12.08.2016 - 20:25
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.
Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
(affa.az)
0
0