[b]Millimiz Danimarkaya da gücünü göstərdi[/b]
14.08.2016 - 00:28
[b]Millimiz Danimarkaya da gücünü göstərdi[/b]

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

 

Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.

 

Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

(affa.az)