[b]Millimiz dünya reytinqində irəlilədi[/b]
22.02.2016 - 10:05
[b]Millimiz dünya reytinqində irəlilədi[/b]

Futzal üzrə Azərbaycan millisi dünya reytinqində irəliləməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Serbiyada keçirilən Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra 11-ci yerə yüksələn yığmamız daha bir pillə irəliləyib.

 

Belə ki, Faustino Peresin yetirmələri bu gün açıqlanan siyahıda ilk “onluğ”a daxil olub. Komandamız 1395 xalla planetin 10-cu yığmasıdı.

 

Millimizin irəliləməsinə Yaponiya səbəb olub. “Gündoğar ölkə” təmsilçisi son siyahı ilə müqayisədə 3 pillə geriləyib. 51 xal itirən asiyalılar 9-cu yerdən 12-ciyə eniblər. Nəticədə Qazaxıstan, Azərbaycan və Serbiya hərəyə 1 pillə irəliləyib.

 

DÇ-2016-nın pley-off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla 22-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, 158 komandanın yer aldığı  siyahıya İspaniya başçılıq edir – 1948 xal. Braziliya (1919) ikinci, Rusiya (1740) 3-cü pillədə yer alıb.

 

Dünyanın ən güclü 10 millisi

1. İspaniya - 1948

2. Braziliya - 1919

3. Rusiya – 1740

4. İtaliya – 1656

5. İran - 1626

6. Argentina – 1620

7. Portuqaliya - 1550

8. Ukrayna – 1484

9. Qazaxıstan – 1441

10. AZƏRBAYCAN – 1395