[b]Millimiz Kiprə məğlub oldu[/b]
15.03.2015 - 17:06
[b]Millimiz Kiprə məğlub oldu[/b]

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi Afrodita kubokunda III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, B qrupunda çıxış edən komandamız Kiprlə üz-üzə gəlib.

 

Millimiz 0:1 hesablı ilə uduzub.

 

Qeyd edək ki, yığmamız əvvəlki oyunlarında Maltaya məğlub olub (1:2), Bəhreynə isə qalib gəlmişdi (4:0).