[b]Millimiz məğlub olmasaydı...[/b]
01.04.2018 - 15:12
[b]Millimiz məğlub olmasaydı...[/b]

17 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üç məğlubiyyətlə qrup sonuncusu olduğu elit-raundu adlayan 7 komanda Litvadakı turnirə vəsiqə qazanıb.

 

Bunlar yığmamızın qrupunda 1-ci olan Almaniya, həmçinin İngiltərə, Finlandiya, İtaliya, Hollandiya, Polşa və İspaniyadı. Meydan sahiblərinin də qatılacağı final mərhələsinin püşkatması aprelin 6-da Kaunasda keçiriləcək.

 

Qeyd edək ki, final mərhələsinin oyunları mayın 9-21-də baş tutacaq.