[b]Millimiz qalib gəlsə...[/b]
21.09.2016 - 13:11
[b]Millimiz qalib gəlsə...[/b]

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final oyunu Azərbaycan yığması üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, sentyabrın 22-də Tailandla görüşəcək komandamız qələbə qazansa, mundiallarda 10-cu dəfə qalib gələcək.

 

İndiyədək 3-ü final, 18-i seçmə mərhələdə olmaqla, 21 matç keçirən komandamızın hesabında 9 qələbə var. Bunlardan 8-i seçmə, 1-i final mərhələsində qeydə alınıb. Yubiley qələbəsinin astanasında olan yığmamızın hesabında 6 heç-heçə və 7 məğlubiyyət də var.

 

Millimiz asiyalılarla qarşılaşmada məhsuldar çıxış edib, 7 qol vursa, daha bir yubiley qeyd edə bilər. Belə ki, komandamız əvvəlki 21 matçda 93 qol vurub. 100-ə çatmaq üçün Tailand yığmasına hücum xəttinin gücünü göstərməli olan millimiz indiyədək 69 top buraxıb. Final mərhələsində isə top fərqi 10-7-di.

0