[b]Millimiz Qazaxıstanda antirekordunu təkrarladı[/b]
12.08.2016 - 10:25
[b]Millimiz Qazaxıstanda antirekordunu təkrarladı[/b]

Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku”nda çıxışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Qırğızıstanı 2:0 hesabı ilə məğlub edib, turniri 5-ci pillədə başa vuran Rafiq Mirzəyevin yetirmələri turnirin tarixində millimizin ən zəif nəticəsini təkrarlayıb.

 

Belə ki, 2011-ci ildən turnirin iştirakçısı olan U-17 yığmamız üçün 5-ci pillə ən pis nəticədi. Komandamız 2 il əvvəl də eyni uğursuzluğu yaşamışdı. Digər 4 turnirdə daha uğurlu çıxış edən yığmamızın rekordu isə 2011-ci ildəki 1-ci yerdi.

 

Ümumilikdə isə Azərbaycan komandaları 2008-ci ildən keçirilən “Prezident kuboku”nda 1 il sonra debüt edib. 2009 və 2010-cu illərdə komandalar ölkəmizi təmsil edibsə, 2011-ci ildən estafet U-17-yə keçib.

 

Azərbaycan komandaları “Prezident kuboku”nda

2008 - iştirak etməmişik

2009 - “Akademiya” – 7-ci yer

2010 – “Bakı” – 7-ci yer

2011 – U-17 milli komanda – 1-ci yer

2012 – U-17 milli komanda – 4-cü yer

2013 – U-17 milli komanda – 4-cü yer

2014 – U-17 milli komanda – 5-ci yer

2015 – U-17 milli komanda – 2-ci yer

2016 – U-17 milli komanda – 5-ci yer