[b]Millimiz Qazaxıstanla yoldaşlıq görüşü keçirə bilər[/b]
08.06.2015 - 11:27
[b]Millimiz Qazaxıstanla yoldaşlıq görüşü keçirə bilər[/b]

Azərbaycan millisi Serbiya və Norveç yığmalarının ardından daha bir matç keçirə bilər. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan mətbuatı iddia edir.

 

Belə ki, həmkarlarımız iyunun 16-da Azərbaycan və Qazaxıstan millilərinin üz-üzə gəlməsinin mümkünlüyünü dərc ediblər.

 

Buna səbəb bu ölkənin əsas yığmasının Kabo-Verde ilə qarşılaşmasının baş tutmamasıdı. Afrikalıların Almatıda keçiriləcək matçda iştirak etməkdən imtinası qazaxıstanlıları çətin vəziyyətdə qoyub.

 

Həmin tarixdə başqa rəqiblə oyun keçirmək iddiasından əl çəkməyən Qazaxıstan Futbol Federasiyasının hazırda iki namizədi var. Əsas variant kimi Azərbaycan və İraq milliləri göstərilir.

 

Bunların heç biri alınmasa, yığma üzvləri istirahətə buraxılacaq və Qazaxıstan yoxlama matçmı keçirməyəcək.

 

Qeyd edək ki, iyunun 7-də Serbiya ilə yoxlama oyunu keçirən yığmamız ayın 12-də AVRO-2016-nın seçmə mərhələsində Norveçlə qarşılaşacaq. Həmin gün Qazaxıstan Türkiyə ilə görüşəcək.