[b]Millimiz Rusiyaya yenə uduzdu[/b]
29.04.2018 - 13:22
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın U-16 komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan matçın taleyini 1 qol həll edib. Belə ki, Siyasət Əsgərovun yetirmələri rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda ruslar 2:0 hesablı qələbə qazanmışdı.
0
0