[b]Millimiz Sloveniyaya 24 futbolçu ilə gedir[/b]
19.05.2016 - 15:42
[b]Millimiz Sloveniyaya 24 futbolçu ilə gedir[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 23-dən 24-ə qədər Bakıda, mayın 25-dən iyunun 5-dək isə Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçiriləcək komandaya 24 futbolçu çağırılıb.

 

Lakin Yaşar Vahabzadənin dəvət göndərdiyi oyunçulardan 8-i sonradan millinin düşərgənə gələcək. Belə ki, Elşən Abdullayev, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və Mahir Mədətov komandaya mayın 26-da, Vüqar Mustafayev, Adil Nağıyev və Budaq Nəsirov isə mayın 27-də qoşulacaq.

 

Yığmaya çağırılanlardan ikisi ölkə xaricində legioner həyatı yaşayan futbolçulardı: Elşən Abdullayev, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı “Neftçi”), Azər Salahlı, Mahir Mədətov         (hər ikisi “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamısı “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli (hər ikisi AZAL), Elnur Cəfərov (klubsuz), Fuad Bayramov, Abbas Hüseynov, Sertan Taşkın (hamısı “İnter”), Rəşad Əzizli (“Rəvan”), Orxan Əliyev, Budaq Nəsirov (hər ikisi “Kəpəz”), Tərlan Əhmədli, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Orxan Qurbanlı       (“Dauqavpils”, Latviya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna).

0