21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində çıxış edən Azərbaycan millisi qrup sonuncusu olmayacağını təmin edib. Apasport.az saytının məlumatına görə, buna 7-ci qrupun autsayderi Farer adalarının növbəti məğlubiyyəti səbəb olub.
Qrupda keçirdiyi 8-ci oyunda da uduzan ada təmsilçisi Rusiyaya 0:3 hesabı ilə uduzmaqla, 6-cı pillədən qurtulmaq şansını itirib. Hesabında xal olmayan şimallılar yığmamızdan 7 xal geri qalır.
4-cü pillədə qərarlaşan millimiz isə şəxsi oyunların nəticələrinə əsasən eyni xala malik olduğu Rusiyadan öndə qərarlaşıb.
Qeyd edək ki, Yaşar Vahabzadənin yetirmələri sentyabrın 6-da Farer adalarını qəbul edəcək.
|
1 |
Almaniya |
7 |
7 |
0 |
0 |
26-4 |
21 |
|
2 |
Avstriya |
6 |
5 |
0 |
1 |
18-7 |
15 |
|
3 |
Finlandiya |
6 |
4 |
0 |
2 |
12-7 |
12 |
|
4 |
Azərbaycan |
8 |
2 |
1 |
5 |
7-18 |
7 |
|
5 |
Rusiya |
7 |
2 |
1 |
4 |
10-13 |
7 |
|
6 |
Farer adaları |
8 |
0 |
0 |
8 |
2-26 |
0 |