[b]Millimiz sonuncu pilləyə yuvarlandı[/b]
06.09.2017 - 11:05
[b]Millimiz sonuncu pilləyə yuvarlandı[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 5-ci qrupda üç qarşılaşma baş tutub.

 

Yığmamızın öz meydanında İrlandiyaya 1:3 hesabı ilə uduzduğu günün digər iki görüşündə cəmi 1 top vurulub. İlk matçına çıxan Almaniya öz meydanında Kosovonu məğlub edib – 1:0.

 

Norveçlə İsrail arasında matçda isə qapılara qol vurulmayıb. Bu nəticələrdən sonra Yaşar Vahabzadənin baş məşqçisi olduğu yığmamız sonuncu pilləyə yuvarlanıb.

 

Qeyd edək ki, UEFA-nın cədvəlində bu turadək meydana çıxmayan Almaniya sonuncu idi.

 

1

İrlandiya

2

2

0

0

4-1

6

2

Kosovo

4

2

0

2

6-4

6

3

İsrail

2

1

1

0

3-1

4

4

Almaniya

1

1

0

0

1-0

3

5

Norveç

3

0

1

2

2-6

1

6

Azərbaycan

2

0

0

2

2-6

0