[b]Millimiz üçün sabiq federasiya prezidenti[/b]
12.10.2014 - 15:56
[b]Millimiz üçün sabiq federasiya prezidenti[/b]

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 13-də, Osiyek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyununu idarə edcəcək ədalət təmsilçilərinin tam siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, millimizə UEFA nümayəndəsi Mixal Listkeviç təyin edilib.

 

61 yaşlı mütəxəssis Polşa Futbol Federasiyasının sabiq prezidenti (1999-2008) olub. Hakim-inspektor vəzifəsisini isə Şimali İrlandiyadan Leslie Arvin daşıyacaq.

 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq Xorvatiya – Azərbaycan matçını isveçrəlilərdən ibarət hakimlər briqadası idarə edəcək. Görüşün referisi isə Stefan Studer olacaq.

 

 

Baş hakim: Stefan Studer

Baş hakimin köməkçiləri: Sandro Pozzi, Yan-Yves Viçt

Dördüncü hakim: Vital Yobin

Əlavə hakim köməkçiləri: Alain Bieri, Saska Amhof (Hamısı - İsveçrə)

UEFA nümayəndəsi: Mixal Listkeviç (Polşa)

Hakim-inspektor: Leslie Arvin (Şimali İrlandiya)