[b]Millimiz Xorvatiya ilə qarşılaşacaq[/b]
29.03.2018 - 14:49
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yarışa qatılacaq. Apasport.az saytının məlumatına görə, yığmamız bu məqsədlə gələn ay Bosniya və Herseqovinaya yollanacaq.
Belə ki, Ramin Quliyevin yetirmələri UEFA-nın inkişaf turnirində mübarizə aparacaqlar. Aprelin 10-da start götürəcək yarış 5 günü əhatə edəcək.
Millimiz turnirdə ev sahibləri Bosniya və Herseqovina ilə yanaşı, Xorvatiya və Makedoniya ilə üz-üzə gələcəklər.
Komandamız aprelin 3-də yığışacaq. Yığma Bosniya və Herseqovinaya isə aprelin 8-10-da yollanacaq.
0
0