[b]Millimiz yoldaşlıq oyununda qələbə qazandı[/b]
05.04.2018 - 09:53
Azərbaycan futzal yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytı xəbər verir ki, Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarına hazırlığını davam etdirən komanda EKOL-la üz-üzə gəlib.
Azərbaycan Texniki Universitetin idman zalında baş tutan oyunda millimiz 5:4 hesabı ilə qalib gəlib.
Yığmamızın heyətində Nihad İsmayılov dubl edib. Digər qolları Kənan Manafov, Ramiz Çovdarov və Emin Abbasov vurub.
0
0