[b]Millimizdə zədələnən oyunçu bərabərliyi kənardan izlədi[/b]
31.03.2018 - 19:58
Ukrayna Premyer Liqasında XXV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” da növbəti oyununu keçirib.
Sözügedən komanda səfərdə “Zirka” ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.
Milli komandamızın heyətində zədələnən Paşayev oyunda iştirak etməyib.
Qeyd edək ki, 25 oyundan sonra aktivində 26 xal olan “Aleksandriya” ümumilikdə 8-ci, elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında isə 2-ci pillədə qərarlaşıb.
0
0