Milli komandaların iştirakı ilə keçirilən yoxlama oyunlarından sonra FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması proqnozlaşdırılan cədvəldə 1 pillə irəliləyib.
Bu siyahıda Qurban Qurbanovun yetirmələri 245 xalla planetin 126-cı komandasıdı. Yığmamız martın 15-də açıqlanan rəsmi cədvəldə 243 xalla 127-ci idi.
Komandamızın 2 xal qazanmasına keçirdiyi iki yoxlama oyunu səbəb olub. Belarusa 0:1 hesabı ilə uduzub, Makedoniya ilə 1:1 hesablı heç-heçə etməsi xal hesabını zənginləşdirib. Bu da bir addım irəliləyiş üçün yetərli olub. Çünki qonşu pillələrdəki komandaların aprel reytinqində üzləşəcəyi ciddi yerdəyişmələr də yığmamızın mövqeyinə təsir edib.
Millimiz və qonşuları
122 (123). Malavi - 267
123 (134). Tayvan - 261
124 (112). Ruanda – 251
125 (139). Antiqua və Barbuda - 250
126 (127). Azərbaycan – 245
127 (114). Türkmənistan - 242
128 (128). Toqo – 241
128 (107). Sent-Kitts və Nevis – 241
130 (117). Sudan - 240
Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər olacaq. Düzdü, “onluğ”un tərkibi dəyişməyəcək. Lakin 3-10-cu yerlərdəki komandalar yerdəyişmələrə məruz qalacaq.
İlk onluq
1 (1). Almaniya - 1532
2 (2). Braziliya - 1384
3 (5). Belçika - 1345
4 (3). Portuqaliya - 1306
5 (4). Argentina - 1253
6 (8). İsveçrə - 1179
7 (9). Fransa – 1166
8 (6). İspaniya – 1161
9 (10). Çili – 1145
10 (7). Polşa - 1117
Apreldə açıqlanacaq rəsmi siyahıda millimizin rəqiblərindən Kosovo 25, Qırğızıstan 22, Farer adaları 3 pillə irəliləyəcək. Təxmini siyahıya əsasən gələn ay Latviya 5, Malta isə 1 addım geriləyib.
Millimizin rəqibləri
93 (115). Qırğızıstan - 360
94 (97). Farer adaları - 359
136 (131). Latviya - 225
151 (176). Kosovo - 163
186 (185). Malta - 61
Qeyd edək ki, qonşu Türkiyə millisi 38-ci yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 714 xal var.