[b]Millimizdən 3-cü qələbə[/b]
26.12.2017 - 09:49
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxıb.
Komandamız bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Millimizin 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda qolları Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur vurub.
Qeyd edək ki, yığmamız ilk iki oyunda 2:0 və 3:0 hesabı ilə qələbə qazanmışdı.
0
0