[b]Millimizdən növbəti qalibiyyət[/b]
29.07.2017 - 22:00
Bu gün “Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, matç 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Merve Özdemirin dubl etdiyi görüşdə hərəyə bir dəfə Aysun Əliyeva (penalti) və Vüsalə Seyfətdinova fərqlənib. Qazaxıstan millisinin qollarını Begaim Kırqızbayeva (penalti) və Bibigül Nuruşova vurub.
Qeyd edək ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu da millimizin minimalhesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0