[b]Millimizin 25-cisi[/b]
13.11.2014 - 12:14
[b]Millimizin 25-cisi[/b]

Azərbaycan millisinin Norveçlə keçirəcəyi matç Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin noyabrın 16-dakı qarşılaşmasında meydana çıxsa, yığmamızın heyətində 40-cı matçını keçirəcək.

 

“Xəzər Lənkəran”ın üzvü 2007-ci il martın 3-də Şımkentdə Özbəkistanla baş tutan qarşılaşmada ilk dəfə milli forması geyib. Həmin vaxtdan ötən 7 il 8 ay müddətində Rahid 39 oyunda meydana çıxıb. Yarımmüdafiəçinin hesabında 1 qol var.

 

25 yaşlı futbolçu yığmada ən azı 40 matç keçirəcək 25-ci oyunçu olacaq. Bunadək 24 futbolçu bunu bacarıb. Onlar arasında rekordçu isə hesabında 93 oyun olan Rəşad Sadıqovdu.