[b]Millimizin 5-ci cəhdi[/b]
16.03.2015 - 22:50
[b]Millimizin 5-ci cəhdi[/b]

Sabah Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində 5-ci dəfə final mərhələsinin bir addımlığında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, qitə arenasında 51-ci mövsümünü keçirən yeniyetmələrimiz indiyədək 4 dəfə elit-raundda oynayıb.

 

Hər dəfə ən azı 2 məğlubiyyət alan komandamız 2003-cü ildəki ilk cəhddə ümumiyyətlə xal qazana bilməyib. 2005 və 2007-ci illərdə hesabına 1 qələbə yazan yığmamız 6 il əvvələ təsadüf edən son cəhddə 1 heç-heçəylə kifayətlənib.

 

Ardıcıl 3 dəfə elit-raundu 3-cü yerdə başa vuran millimiz ilk dəfə bu mərhələni evdə keçirəcək. Bu isə komandamıza əlavə üstünlük verməlidi. Portuqaliya, Serbiya və Xorvatiya ilə üz-üzə gələcək yığmamız 5-ci cəhddən ilkə imza atmaq üçün ən azı ilk 2 pillədən birini tutmalıdı. Çünki qrup qalibləri ilə yanaşı, 2-ci yer sahiblərindən ən yaxşı nəticəyə malik 7 yığma da Bolqarıstandakı həlledici turnirə yollanacaq.

 

U-17 elit-raundda

 

mövsüm

Baş məşqçi

Ölkə

qrup

yer

O

Q

H

M

T/F

X

2002/03

 Yaşar Vahabzadə

 Belçika

 VII qrup

 IV yer

 3

 0

 0

 3

 0-6

 0

2004/05

Şakir Qəribov

 Türkiyə

 VI qrup

 III yer

 3

 1

 0

 2

 2-6

 3

2006/07

Yaşar Vahabzadə

Bosniya və Herseqovina

 III qrup

 III yer

 3

 1

 0

 2

 2-6

 3

2008/09

Bernard Lippert (Almaniya)

Lüksemburq

 III qrup

 III yer

 3

 0

 1

 2

 0-4

 1