[b]Millimizin dəyişməz hesabı[/b]
25.11.2017 - 10:03
[b]Millimizin dəyişməz hesabı[/b]

Azərbaycan milli komandasının dekabrda açıqlanacaq FİFA reytinqindəki xal hesabı bəlli olub. Apasport.az saytının məlumatına görə, iki gün öncə açıqlanan noyabr cədvəlində 281 xala malik yığmamızın hesabı dəyişməz qalacaq.

 

Belə ki, dekabrın 21-dəki siyahıda da Azərbaycanın 281 xalı olacaq. Bu da onunla bağlıdı ki, komandamız iki cədvəl arasındakı 4 həftədə heç bir matça çıxmayacaq.

 

Bu ay dünyanın 117-cisi olan yığmamızın mövqeyi isə dəyişə bilər. Lakin bu haqda indidən proqnoz vermək mümkün deyil. Çünki bəzi komandaların iştirakı ilə yoxlama oyunları nəzərdə tutulub.

 

0