Azərbaycan yığmasının yarımmüdafiəçisi Cem Fələk Türkiyədə ilk rəsmi oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu “Antalyaspor”da debüt edib.
Mövsümün əvvəlində “Karagümrük”dən icarə əsasında Antalya klubuna keçən gənclər millimizin üzvü əsas komandada ilk oyununu Türkiyə Kubokunun qrup mərhələsində keçirib. Ölkə kubokunun V turunda “Girəsunspor”un qonağı olan Superliqa təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
“Antalyaspor”a qələbə gətirən qola 72-ci dəqiqədə sabiq “Xəzər Lənkəran”lı Etame Mbilla imza atıb. Cem isə 62-ci dəqiqədə Halil Tunanın əvəzinə meydana daxil olub və təxminən yarım saat mübarizə aparıb.
Bu qələbə sayəsində H qrupunda 5 turdan sonra aktivindəki xalların sayını 10-a çatdıran “Antalyaspor” sona bir tur qalmış 2-ci yerin sahibi kimi, 1/8 finala vəsiqəni rəsmiləşdirib. Joze Moraişin yetirmələri bu mərhələdə digər qrupun lideri “Konyaspor”la üz-üzə gələcək. Son tur öncəsi həmçinin “Bursaspor”, “Qalatasaray”, “Qaziantepspor”, “Trabzonspor” və “Antalyaspor”la eyni qrupda yer alan “Fənərbaxça” da növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, qruplarda son turun oyunları yanvarın 27-də keçiriləcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu