[b]Millimizin futbolçusu “Kayserispor”da[/b]
08.09.2017 - 01:17
[b]Millimizin futbolçusu “Kayserispor”da[/b]

21 yaşadək futbolçulardan ibarət milli komandamızın oyunçusu Serkan Baloğlu karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Ştutqart”ın ikinci komandasında çıxış edən gənc futbolçu “Kayserispor”la anlaşıb.


Türkiyə mətbuatında yer alan xəbərlərdə Baloğlunun yeni klubu ilə 3 illik müqavilə imzaladığı bildirilib.

 

Qeyd edək ki, 3 oyunda U-21 millimizin formasını geyinmiş Sərkan ötən mövsüm “Ştutqart”ın ikinci komandası ilə 12 dəfə meydana çıxıb.