Millimizin heyətində yeni sima
09.11.2014 - 18:25
Milli komandamızın heyətinə yeni legioner cəlb olunub. Apasport.az saytının məlumatına görə, bu, 21 yaşadək futbolçulardan ibarət yığmamızın yeni üzvü Maksim Demençukdur.
Bernard Lippert komandaya çağırdığı müdafiəçi əslən Ukraynadandır. Maksim bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Mahmud Qurbanovun başçılıq etdiyi komanda ilə yoldaşlıq görüşündə əsas heyətdə forma geyinib.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyunöncəsi Azərbaycan millisi U-21 yığması ilə qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılıb.
0
0