[b]Millimizin hücumçusu Braziliya klubuna keçdi - FOTO[/b]
03.01.2018 - 12:00
[b]Millimizin hücumçusu Braziliya klubuna keçdi - FOTO[/b]

Cari mövsümün yarısını “Araz”da keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

 

Karvalyo artıq özünə yeni komanda tapıb. O, dünən “Kopaqril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb. 
 

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalyo dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

0