[b]Millimizin İspaniya ilə oyununun tarixi açıqlandı[/b]
08.09.2017 - 09:09
[b]Millimizin İspaniya ilə oyununun tarixi açıqlandı[/b]

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, IV qrupda çıxış edəcək Azərbaycan yığmasının oyunlarının vaxtı bəlli olub.

 

Millimiz yarışa oktyabrın 25-də start verəcək. Komandamız həmin gün Ukrayna ilə qarşılaşacaq. Ayın 28-də İspaniya ilə görüşəcək millimiz son görüşündə Albaniyanı sınağa çəkəcək. Bu qarşılaşma oktyabrın 31-də baş tutacaq.

 

Qeyd edək ki, IV qrupun matçları Albaniyada keçiriləcək.