Gürcüstan Futbol Federasiyası bu ildən etibarən yeni nominasiyalar üzrə oyunçuları mükafatlandıracaq. Apasport.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, ölkə daxilində çıxış edən 17 və 19 yaşa qədər futbolçular arasında hər il üç nəfər seçilərək Aleksandr Çivadze adına qızıl medalla təltif ediləcəklər.
17 yaşaqədər futbolçular arasında ilk mükafatı milli komandamızın keçmiş üzvü, “Kəpəz”in və “Şəmkir”in hücumçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya qazanıb. 19 yaşlılar arasında isə Luka Laqvelixeliani hamıdan yaxşı olub.
Hər iki futbolçuya medalını əfsanəvi futbolçu Çivadze özü təqdim edib.