[b]Millimizin müdafiəçisinin durumuna aydınlıq gəldi[/b]
30.03.2018 - 10:30
[b]Millimizin müdafiəçisinin durumuna aydınlıq gəldi[/b]

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın zədəsi sağalmayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri 28 yaşlı futbolçunun formasını geyindiyi “Samsunspor” klubunun idman direktoru Coşkun Zeren deyib.

 

O bildirib ki, heyətlərində olan 2 zədəli oyunçudan biri sıraya dönüb. Yarımmüdafiəçi Enes İlkin son müayinənin ardından kollektivlə birlikdə məşqlərə qatılıb. Həmçinin Ufukun da durumuna aydınlıq gəlib. İdman direktoru onun hələ də həkim nəzarəti altında olduğunu söyləyib. Futbolçu aprelin 2-də “Adanaspor”la keçiriləcək çempionat matçını buraxmalı olacaq.

 

Qeyd edək ki, milli komandamızın mart ayında keçirdiyi təlim-məşq toplanışına çağırılan Ufuk Budak AFFA ilə əlaqə saxlayaraq, zədəsini əsas gətirmiş və dəvət edilməməsini istəmişdi.