[b]Millimizin oynadığı turnirin qalibi müəyyənləşdi[/b]
11.05.2018 - 21:25
2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar arasında keçirilən “Slovakia Cup 2018” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də mübarizə apardığı yarışın son matçında qrup qalibləri üz-üzə gəlib.
Kubokun sahibi Çexiya ilə Slovakiya arasında dueldə müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn meydan sahibləri turnirin qalibi olub.
Qeyd edək ki, Macarıstan (0:1), Uels (3:0) və Slovakiya (0:0) ilə eyni qrupda mübarizə aparıb, 2-ci olan komandamız turnirin 3-cüsü olmaq uğrunda matçda ABŞ-a uduzaraq (0:3) 4-cü yerlə kifayətlənib.
0
0