[b]Millimizin oyunu “Partizan” – “Neftçi” matçının hakiminə tapşırıldı[/b]
07.10.2014 - 13:50
AVRO-2016-nən seçmə mərhələsində keçiriləcək İtaliya – Azərbaycan oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da Palermoda baş tutacaq oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi isə Hüseyn Göçek olacaq. Bu referi avqustun 21-də Avropa Liqasının pkey-off mərhələsində “Neftçi”nin görüşündə fit çalıb. Türkiyəli bakılıların “Partizan”la Serbiyadakı qarşılaşmasında təmsilçimizin 2:3 hesablı məğlubiyyətinə şahid olub.
Qeyd edək ki, Renso Barbera stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-də başlayacaq.
0
0