[b]Millimizin qapıçısı zədələndi[/b]
01.04.2018 - 19:15
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev zədələnib. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper Azərbaycan Premyer Liqasının XXI turunda xəsarət alıb.
“Keşlə”nin şərəfini qoruyan Ağayev “Qarabağ”la səfər matçının ilk yarısında ayağından zədə alıb. Bu səbəbdən matçı davam etdirə bilməyən qolkiper 40-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ağayevin Orxan Sadıqlı ilə əvəzləndiyi ana qədər “Keşlə” 1:0 hesabı ilə öndədi.
0
0