[b]Millimizin rəqibləri tək qola razılaşdılar[/b]
03.09.2016 - 02:09
[b]Millimizin rəqibləri tək qola razılaşdılar[/b]

21 yaşadək futbolçular arasında (U-21) Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Finlandiya millisi öz meydanında Avstriyanı qəbul edib.

 

Görüş qonaqların minimalhesablı qələbəsi ilə tamamlanıb. 

Bu qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Avstriya ikinci pillədəki mövqeyini möhkəmləndirib. Finlandiya isə əvvəlki kimi 12 xalla üçüncüdür. 

Qeyd edək ki, 7 xalla qrupda dördüncü olan U-21 millimiz sentyabrın 6-da Bakıda autsayder Farer adalarını qəbul edəcək.