[b]Millimizin rəqibi Bakıya məğlub gəlir[/b]
02.09.2016 - 00:00
[b]Millimizin rəqibi Bakıya məğlub gəlir[/b]

21 yaşadək futbolçular arasında AÇ-2017-in seçmə mərhələsinin Azərbaycan yığmasının da yer aldığı 7-ci qrupunda 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, 5 gün sonra Bakıda millimizin qonağı olacaq Farer Adaları millisi evdə Rusiya ilə qarşılaşıb.

 

Oyun Şimal qonşularımızın böyük hesablı qələbəsiylə nəticələnib - 3:0.

 

Azərbaycan və Farer adalarının U-21 milliləri arasında oyun sentyabrın 6-da “Dalğa Arena”da baş tutacaq. Görüş saat 18:00-da start götürəcək.

 

AÇ-2017-in seçmə mərhələsi

7-ci qrup

1 sentyabr

 

Farer adaları (U-21) - Rusiya (U-21) 0:3

Qollar: Komliçenko, 8. Karpov, 30. Yevseyev, 43