AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Bolqarıstan yığması başsız qalıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan Futbol İttifaqı İcraiyyə Komitəsinin qərarı ilə Lüboslav Penevlə yollarını ayırıb.
Bu haqda sözügedən ölkənin futbol rəhbəri Borislav Mixaylov deyib. O jurnalistərə açıqlamasında bildirib ki, İtaliya ilə qarşıda keçiriləcək oyun üçün komandada dəyişikliklər olması üçün belə addım atıblar. Həmçinin Mixaylov vurğulayıb ki, yeni baş məşqçi əcnəbi olmayacaq. Rəqibimiz yerli mütəxəssisə üstünlük verəcək.
Qeyd edək ki, 2011-ci ildən Bolqarıstan millisini çalışdıran Penev son qələbəsini Bakıda Azərbaycan üzərində qazanmışdı - 2:1. Daha sonra rəqibimiz Xorvatiyaya 0:1, Norveçə 1:2 hesabı ilə uduzub, Malta ilə heç-heçə (1:1) etmişdi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı