[b]Millimizin rəqibi heyəti açıqladı[/b]
10.05.2018 - 11:38
[b]Millimizin rəqibi heyəti açıqladı[/b]

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən olan Malta yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yeni baş məşqçi Rey Farrucianın ilk seçimi 26 futbolçu olub.

 

O, qarşıdakı təlim-məşq toplantısı, həmçinin mayın sonu - iyunun əvvəlində Ermənistan, Gürcüstan və Moldova ilə Avstriyada keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb. Bu oyunlar sentyabrda startı veriləcək Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.

 

Qapıçılar: Henri Bonello (“Valletta”), Endryu Hoqq (“Hibernians”), Stiv Sultana (“Hamrun”)

 

Müdafiəçilər: Stiv Borq, Rayan Kamilyeri, Jozef Zerafa (hamısı “Valletta”), Andrey Aqius (“Hibernians”), Keyn Attard (“Birkirkara”), Maykl Conson (“Baltsan”), Zak Muskat (“Aretso”, İtaliya), Yurgen Pizani (“Floriana”)

 

Yarımmüdafiəçilər: Yohann Bezzina, Byörn Kristensen, Jozef Mbonq (hamısı “Hibernians”), Mayls Berman (“Reyncers”, Şotlandiya), Roderik Briffa (“Qzira Yunayted”), Pol Fenek (“Baltsan”), Lük Qambin (“Lyuton Taun”, İngiltərə), Stefen Pizani (“Floriana”)

 

Hücumçular: Endryu Kohen (“Qzira Yunayted”), Alfred Effionq (“Baltsan”), Jan Pol Farrucia (“Çiasso”, İsveçrə), Cek Qreç (“Birkirkara”), Maykl Mifsud, Kirian Nvoko (hər ikisi “Valletta”) Andre Şembri (“Apollon”, Kipr).

 

Qeyd edək ki, Malta yığması Millətlər Liqası turnirinin D liqasında Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda mübarizə aparacaq.